AZ

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi ilə bağlı beynəlxalq konfrans keçirilib- FOTOLAR

Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru” adlı beynəlxalq elmi konfrans keçirilib. 

Missiya.Az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və “Florence Healthcare International”ın birgə təşkilatçılığı ilə reallaşıb. 

Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, Milli Məclisin deputatları, səhiyyə sahəsinin mütəxəssisləri, tibb işçiləri, orqan transplantasiyası olunan xəstələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə meyitdən orqan nəqli mövzusu geniş şəkildə müzakirə edilib. Bu sahədə beynəlxalq təcrübə və Azərbaycan təcrübəsi, eləcə, də, gələcəyə yönəlik hədəflər geniş şəkildə müzakirə olunub.

Azərbaycanda orqan transplantasiyasın təşkili bu sahəyə qoyulan dövlət dəstəyi xüsusi ilə qeyd edilib. Qafqazda ilk belə ənənə də, Azərbaycanın payına düşür. Həmçinin, Türk dövlətləri arasında bu prosesin sonrakı mərhələlərdə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi vurğulanıb.

Seçilən
54
missiya.az

1Mənbələr