AZ

Makronun arvadının adını bu şəkildə yazdılar

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi portalında "Jean-Michel" kişi adı ilə qeydiyyatdan keçib.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalında yayımlanan sənədli filmdə deyilir

Filmin treylerində birinci xanımın aparat rəhbəri Tristan Baumenin ötən ilin sentyabrında vergi yoxlaması zamanı baş vermiş hadisəni danışdığı bir klip də var. Belə ki,  Bricit Makronun adının görünməli olduğu hissədə yerinə kişi adı yazılıb. Filmin aydınlaşdırdığı kimi, səhv texniki problem deyil, kənar müdaxilənin nəticəsidir.

Yelisey sarayı hadisəni ciddi qəbul edib və Bricit Makron şikayət edib. İstintaq məlumatların dəyişdirilməsinin iki mümkün günahkarını müəyyən edib.

2022-ci ildə Bricitin kişi doğulduğuna dair iddialar ortaya çıxdı.   

Seçilən
110
9
unikal.az

7Mənbələr