AZ

Koreyada insanları bıçaqla hədələyən sərxoş Rusiya vətəndaşı saxlanılıb

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə AzVision.az “Life SHOT” telegram kanalına istinadən məlumat yayıb. Qeyd olunub ki, 34 yaşlı kişi Mun-donq rayonunda əlindəki bıçağı yelləyərək bir neçə mağazanın şüşələrini zədələyərək yoldan keçənləri qorxuya salıb. Hadisə yerinə gələn polis əməkdaşları ondan soyuq silahı atmasını tələb etsələr də, rus bundan imtina edib və hədə-qorxu gəlməyə davam edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı güllələrdən istifadə ediblər, bundan sonra həmin şəxsi saxlayıblar. KİV-in məlumatına görə, saxlanılan şəxs polisə mane olmaq və hədə-qorxu gəlməkdə ittiham olunur. Onun qaçqın vizası da var. Alkotesterin müayinəsi onun sərxoş olduğunu göstərsə də, qanında heç bir dərman tapılmayıb. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
azvision.az

1Mənbələr