AZ

Ötən gün axtarışda olan 136 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 18, cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Eyn zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Seçilən
6
11
7times.az

10Mənbələr