AZ

AFFA milli komandamıza görə cərimələnəcək

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyəcək. Sport24.az-ın məlumatına görə, buna yığma üzvlərinin Avropa çempionatının seçmə mərhələsindəki son matçlarda çox vərəqə alması səbəb olacaq.Oyunçular sentyabrın əvvəlində Portuqaliyaya beş cavabsız qolla məğlub olduqları qarşılaşmada beş sarı vərəqə görüblər. UEFA oktyabrın əvvəlində buna görə U-21 millisinə rəsmi xəbərdarlıq da edib. Hətta bu Avropa futbol qurumunun rəsmi saytında da öz əksini tapıb. Həmin xəbərdarlıqdan sonra yığma 14 oktyabrda Bakıda Şotlandiya ilə bərabərə qalıb - 3:3. Bu matçda beş oyunçu sarı, biri isə ikinci sarıdan qırmızı vərəqə görərək meydandan qovulub.UEFA cərimənin məbləğini bir ay ərzində açıqlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
sport24.az

1Mənbələr