AZ

Daha bir yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən məlimata görə, Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, yanacaqdoldurma məntəqəsində taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, elektrik naqilləri yanar konstruksiyaların üzəri ilə çəkilib, yanğın su hovuzu standartlara uyğun olmayıb və yanğınxəbərverici siqnalizasiya sistemi layihə sənədlərinə uyğun quraşdırılmayıb.

"Cebheinfo.az" 

Seçilən
67
14
cebheinfo.az

10Mənbələr