AZ

KİV: Trampın yeni rüsumları Hindistanı Rusiyaya daha da yaxınlaşdırdı

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni gömrük rüsumları Hindistanın Rusiya ilə münasibətlərinə təsir edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Bildirilir ki,Vaşinqtonun təzyiqləri fonunda Nyu-Dehli və Moskva arasında əməkdaşlıq daha da möhkəmlənib.

"Prezident Trampın 50 faizlik rüsum bəyanatından sonra Hindistanda Rusiya ilə əməkdaşlığı dəstəkləyən lobbi daha da aktivləşib. ABŞ-nin iqtisadi təzyiqləri Hindistanı alternativ tərəfdaşlara, xüsusilə Rusiyaya yönəldir. Bunun fonunda iki ölkə arasında enerji, müdafiə və ticarət sahələrində əməkdaşlığın genişlənəcəyi gözlənilir",-nəşr qeyd edir.

Seçilən
54
teleqraf.com

1Mənbələr