AZ

Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziyakanalına müsahibə verib.

Trendmüsahibəni təqdim edir:

- Sabahınız xeyir.

- Sizin də sabahınız xeyir.

- Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizinölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcəkaylarda səfər etməklə düzəltməli olacağam.

- Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınızolacaq.

- Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-isevirəm, Zaha Hadidin memarlıq üslubunu sevirəm, kinoları sevirəm.Siz paytaxtınızı müasirləşdirməklə gözəl işgörmüsünüz.

- Təşəkkür edirəm.

-Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Sizmüsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı iləvə səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyətüzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab alabilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyətəsadüf edən mürəkkəb məsələlərdir.

- Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə başverdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyəçalışacağam.

- Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çoxməlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən sonmərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyənnöv diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həlledilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərəbaşladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərarverdiniz?

- Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Buvaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizimqarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistanolmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlaraz və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlarErmənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücumetdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustdahərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbiqulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər.Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanınabaşladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbiqulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülkişəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfərmülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistanidi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizimcavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuşərazilərin mühüm hissəsini azad edə bildik.

- Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq,hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı. Sonra Siz dedinizki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu,münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqındaçoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibənibaşlamaq imkanını axtarırdınız.

- Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğunidi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının TəhlükəsizlikŞurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıqşəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuşərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsunki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, bizerməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqinöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş MillətlərTəşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.

- Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var.Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indiora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz orayadaxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları gerigətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatikplan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması,Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geriqaytarması. Siz diplomatiya yolunu nəzərdənkeçirirsinizmi?

- Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil.Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiyavə Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizəheç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif varidi ki...

- Muxtariyyət.

- Xeyr, xeyr. Əsla. Sülh planında təklif, bənd var ki, DağlıqQarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu oərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çoxazərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, -Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınızreallıqlar, Ermənistanın təcavüzkar separatizmi vəazərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmışreallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur,müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfərqovulmuşdur. Mənim dediyim....

- Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğluboldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçünmüharibəyə yenidən başlamaq istəyirsiniz.

- Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu daobyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxiliqeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

- Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Sizmüharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlikidi.

- İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən başvermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdikvə biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasındaedirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər birölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki,biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədətanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heçbir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki,Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, bizonların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarlayanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.

- Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi,BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropaİttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz?Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz vəfaktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bugün Dövlət Katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçünatəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxtdeyilmi?

- Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xariciİşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və RusiyanınXarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakinnövbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ənböyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqdayerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsiqətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinciballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. Beləliklə,Ermənistan...

- Lakin Siz də atəşkəsi pozmusunuz.

- Xeyr, xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəsbarədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı,gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfəatəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu.Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur.

- İcazənizlə belə bir sual verim. Bu gün Dövlət KatibiSizin Xarici İşlər nazirinizə sual versə ki, siz həqiqətən dəatəşkəsi istəyirsiniz, daha bir cəhd istəyirsiniz? Siz daha birdəfə cəhd edərsiniz?

- Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu günatəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan,onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları,Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərəsadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki,Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.

- Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç birəlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı?

- Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağınıistəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə,ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraqtorpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunudemir.

- Cənab Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülkiəraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə almasıilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksəktexnologiyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub, sonhəftələrdə minlərlə adam ölüb və ya yaralanıb.

- Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinəqarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyiamansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki,qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücumetmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə başverənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibətbildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərinözləri tərəfindən törədilib.

- Lakin, cənab Prezident, biz Dağlıq Qarabağınpaytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, oradabütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərinyaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandırabilməzsiniz.

- Qondarma "Dağlıq Qarabağ respublikası"nın paytaxtı Xankəndidəhərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülkişəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Sizonların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü?

- İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dənoktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız?

- Xeyr, biz qondarma "Dağlıq Qarabağ respublikası"nın paytaxtıXankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbibazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

- Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrailistehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksəktexnologiyalı avadanlığınız var. Necə ola bilər ki, Siz bundanistifadə edirsiniz və eyni zamanda, mülki şəxslərivurmursunuz?

- Xeyr, bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var,baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necəməhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib.Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini,yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülkişəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır.

- Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq.Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin "New YorkTimes"ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki,Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalısilahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə -Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılardöyüşür?

- Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya vəFransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganəölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar,dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündənçoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransatərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb.

- Dəlil "New York Times"dadır. Sizi beş gün əvvəlkiməqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətləyetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfindəgeri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısıtəsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçünAzərbaycana getmişdilər.

-Siz Prezident Trampın "New York Times"ı necə adlandırdığınıbilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heçbir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə....

- Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan birneçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır?

– Bəli, tamamilə doğrudur.

- Sual olunur niyə?

- Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram.Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkədə bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasiravadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu,sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanındaəsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyanfeyk xəbərdir.

- Cənab Prezident, gəlin bunun zamanı məsələsinəqayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyətoqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizitənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizindaxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül,korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimiistifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çoxmüxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvərdöyüşə çəkmək üçün istifadə edirsiniz.

- Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadigöstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzindəAzərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkənizvə ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycandaişsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin.Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisəedin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlıAzərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimigöstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi,humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir.İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxiliproblemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyacyoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi vəsosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağaehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edənErmənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir.

- Lakin, cənab Prezident, biz bilirik ki, Sizinhökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığınınsıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiyavə həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailəidarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya daictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyiqanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçündeyil?

- Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Bizgeniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlardabir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəlirəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya həryerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinəgəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm,orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klintonailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə.Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

- Lakin onların hamısı demokratik və şəffaf şəkildəseçilmişdilər.

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmişBuş.

- Siz Amerika siyasətini bilirsiniz, cənabPrezident.

- Bilirəm. Mən hazırlıqlı adamam.

- Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə DövlətKatibi Pompeonun nə etməyini görmək istəyərdiniz? Dövlət KatibiPompeo və ABŞ-la bağlı bəzi tənqidlər səsləndirilib ki, onlarkifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiyakifayət şəkildə cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub,hətta İran yardım təklif edir. ABŞ kifayət qədər iş görübmü? SizABŞ-ın daha çox iş görməsini görmək istəyərdinizmi? Siz rəsmiVaşinqtonun nə etməyini istəyərdiniz?

- Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraqtərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatınasahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nəistədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinəəsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. DağlıqQarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmazhissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyəbilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki,"diplomatik həll yoxdur" kimi bəyanatlar yanlış və təhlükəlidir.İkincisi, Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" kimibəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar.Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəliverməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında DağlıqQarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıqverməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə sonqoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyəson qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzindəErmənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşıdöyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çoxtəhlükəlidir.

- Bu məsələ ilə bağlı Dövlət Katibi Pompeonun tənqidifikirləri var. O, açıq şəkildə deyir ki, əlbəttə, ABŞ-ın vəTürkiyənin bir çox sahələrdə ortaq maraqları var. O deyir ki,Türkiyənin Sizin səylərinizi dəstəkləməyi problemə səbəb olur,məsələni daha da alovlandırır. Sizin buna münasibətiniznecədir?

– Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxınmüttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, beləböyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu vəmüttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqlərivar.

– Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyirki, hərbi yol lazımdır.

– Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyəyalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünki Türkiyə deyəndəki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Olabilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təminetmək istəyən hər kəsə bir mesajdır.

– Bir müddət əvvəl Sizinlə söhbət edərkən mühüm birfikir irəli sürmüşdünüz, Dövlət Katibi Pompeo ilə müzakirələrinizdədemişdiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatikhəllinin olduğuna inanırsınızmı?

– Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlardaiştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mənbaşlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 ilgözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşıhazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir.Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır.Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərləsülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundanibarətdir.

– Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərindəhərbi həll elementi var?

– Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və bizdanışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxluziyan və qurbanlara səbəb olur. Ona görə də, substantivdanışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyikimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tezbaşlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanınərazi bütövlüyünə əsaslanır.

– Ölkənizin, regionun hüdudlarından kənarda olanbəzilərinin narahatlıqları var. Bəlkə də bu, Sizi də narahatetməlidir ki, mövcud hüdudda olan münaqişə regional probleməçevrilə bilər. Türkiyənin real maraqları var, Rusiyanın realmaraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm dəsiyasi cəhətdən nüfuzu olan bir ölkə kimi başlamasına rəvacverdiyiniz bu regional burulğanda mövqeyinizin itirilməsini riskəatmırsınızmı?

– Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkünqədər tez son qoymaq məqsədi daşıyıb. Biz münaqişə genişlənsin deyəmünaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamiləəleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Qeyd etdiyimkimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahişetdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Bizbaşqa ölkələrin müdaxilə etməsini istəmirik.

– Lakin Ermənistanda artıq Rusiyanın hərbi bazası var,bu, qeyri-qanuni deyil.

- Bəli, o, Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlarruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Bizbu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki,bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşaiştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatıolanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanıinandırmalıdırlar ki, - ümidvaram ki, bu gün Vaşinqtonda bu, başverəcək, - təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqlarıboşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər.

- Körfəz müharibəsi zamanı belə fikir var idi ki, bütünbunlar neftə görədir. Döyüş bölgəsinin təqribən 50-60 milyaxınlığında Sizin neft kəmərləriniz, enerji kəmərləriniz var. Sizçox mühüm enerji kəmərləri və qovşaqlarının bu və ya digər dərəcədəzərər çəkə biləcəyindən narahatsınızmı? Faktiki olaraq bu, bəlkədə, Sizin ordunuzu bu müharibəni aparmağa vadar edir?

– Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəlirəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neftinfrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçalqəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Belə birhadisə Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmalarızamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qazkəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, AzərbaycandanAvropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanınplanları idi.

– Beləliklə, hazırda Sizin etdikləriniz bu cürtəhdidlərə son qoymaq, iqtisadi maraqlarınızı müdafiə etməküçündür?

– Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim BakıdanAralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib vəheç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qazkəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropalıistehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya,hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıqqorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyəbaşlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyanvurmaq istəyən Ermənistandır.

- Siz Prezident Trampın və onun administrasiyasınınmünaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyənitənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çoxböyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasielementlər də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşıgəlir?

– Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlıgördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununlabağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Bizgörürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə dəolmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə iləbağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunumətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞtərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Bizçox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransavə Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilikfəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücüilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqinsəviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampınaçıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil,xalqımız tərəfindən də dəstəklənir.

– Cənab Prezident, Siz siyasəti bilirsiniz və hesabedirəm ki, Amerika siyasətini də bilirsiniz. On gündən sonra mühümprezident seçkisi keçiriləcək. Vaşinqtondakı diplomatiyaya qarşıolan ovqatı müəyyən edərkən, Sizcə "bəlkə diplomatik uğur olabilər" ideyası Vaşinqtondakı siyasətçilərin ağlındadır və bununəzərə alaraq, prosesi irəli aparmaq üçün hər hansı motivasiyanınormal qəbul edirsiniz?

– Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya bizimtərəfimizdən dəstəklənir. Düşünürəm ki, bu gün Vaşinqtondakıgörüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yoluilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunlarıgeri çəkəcəyinə dair öhdəlik götürsün.

- Sizcə bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinədair siyasət ilə əlaqəlidir?

- Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səsləriniAmerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasındaverəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalılarınnarahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, həttabu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bumünaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimizondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davametməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərarayaxınlaşdırmağa çalışmalıdır.

- Növbəti iki dəqiqədə müsahibəni yekunlaşdıracağımızagörə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu,Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Hesab edirəm Siz,çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti DağlıqQarabağı xəritədə tapa bilməzlər. Lakin Sizin üzləşdiyiniz stratejiməsələlər, siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər indi ABŞinsanları ilə danışsaydınız və desəydiniz ki, bağışlayın, bilirəmki, Sizi qarşıda prezident seçkiləri gözləyir, beysbol üzrə finalyarışları gözləyir, lakin Siz bu məsələyə də diqqət yetirməlisiniz.Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb,onu nəzərdən keçirməliyik?

- Mən deyərdim ki, Azərbaycan həmişə Amerika BirləşmişŞtatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqlamübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbiqulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlıəməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerjitəhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş ŞtatlarıAzərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərinihəmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyiilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və AmerikaBirləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var.Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və bizhəqiqətən də dostuq. Ona görə burada sülhün olması AmerikaBirləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyinigücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. BizAvropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik.Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlarüçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır.

- Beləliklə, Sizin ölkənizdə, regionunuzda sabitlik,siyasi, iqtisadi və sair nöqteyi-nəzərdən 3-5 min mil məsafədəbizim üçün də yaxşı ola bilər.

- Bəli, Amerika super gücdür. Məsafənin heç bir fərqi yoxdur.Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizimdostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilkillərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanıdəstəkləmişdir. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfliəməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir. Ümid edirik ki, bugün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalıdayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra datorpağımıza sülh gələcəkdir.

- Bu müsahibənin əvvəlində dediyiniz kimi, AmerikaBirləşmiş Ştatlarında Ermənistanı çox dəstəkləyirlər.

- Bəli.

- Orada xristian dininə, kilsələrə dəstək var. Diasporagörə uzun illər bundan öncə Türkiyənin onlara verdiyi cəzaya görədəstək var. Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarındaermənilərə qarşı yaxşı emosional münasibət var.

- Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, bizbilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatlarıfəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aidməsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər,xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, - ailədə naharyeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanınbeynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuşəraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada,Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakıermənilər, onların yoxsulluq içində necə yaşamasımaraqlandırmır.

- Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar,lakin bu normaldır. İki yekun sual. Gəlin prezident siyasətinəqayıdaq. Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeniseçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hərhansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Baydenadministrasiyası regionunuzdakı münaqişəyə necə münasibətgöstərəcək?

- Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəlVaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan NüvəSammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşümolub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm.Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, ocümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirəetdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağməsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden vəonu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə,mənim onunla görüşümdən çox yaxşı xatirələrim var.

- Sizcə o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o,Ermənistanı dəstəkləyəcək? Çox güman ki, o, müharibəyə qarşıçıxacaq. Yəqin ki, o, atəşkəs üçün, diplomatiya üçün çağırışedəcək. Sizcə, bu, normal yanaşma olacaq?

- Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransadavə Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycanüçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkəninrəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəftutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir.Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-ın xaricisiyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağıgözləyirik.

-Yekun olaraq, cənab Prezident, Sizin gələcək üçünproqnozunuz nədir? Mən regionunuzu, ölkənizi, Ermənistanı nəzərdətuturam. Ötən əsrin 80-ci illərinin sonunda, 90-cı illərininəvvəlində dəhşətli hadisələr baş vermişdi, 10 minlərlə insan qətləyetirilmişdi. Bəs, indi necə? Əlavə on minlərlə insan öldürüləcək?Daha çox dağıntılar olacaq? Siz hadisələrin gələcək inkişafını necəgörürsünüz?

- İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcəbizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu,birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görməkistədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindəninteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanlastrateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan vəErmənistan arasında münasibətlər üçün müəyyən mənada örnək olabildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülhgəlir. Biz bilirik necə...

-Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkünhesab edirsiniz?

- Bəli, əlbəttə ki.

- Siz diplomatik cavabın tapılmasının mümkün olduğunuhesab edirsiniz?

- Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindənasılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi.Almaniya və Amerika Birləşmiş Ştatları biri-biriləriniöldürürdülər. Sovet İttifaqı və Almaniya bir-biriləriniöldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın,bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görəermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, birçox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağregionunda birlikdə yaşaya bilməzlər?

-Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh olabilər?

- Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanınərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisininhüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki,bunu etmək mümkündür.

-Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun.Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini dəməlumatlandıracaq.

Zəfər
Zəfər
Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr