Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-də genişmiqyaslı fırıldaqçılıq sxemi aşkar edilib.
Oxu.Az xəbər verir ki, BBC-nin məlumatına görə, bir neçə il ərzində məşhur şəxslər saxta poker oyunları vasitəsilə pullarını itiriblər.
Sxem 2019-cu ildən bəri Nyu-York, Mayami, Las-Veqas və ABŞ-nin digər şəhərlərində fəaliyyət göstərib. Onun qurbanları arasında məşhurlar və peşəkar idmançılar da var ki, onlar ümumilikdə ən azı 7 milyon dollar məbləğində vəsait itiriblər.
Zərərçəkənlərin adları açıqlanmayıb. İstintaq çərçivəsində 30-dan çox şəxs həbs edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.