Türkiyə 13 ildən sonra Suriyaya ilk səfir təyin edib.
"Unikal" xəbər verir ki, bu vəzifə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaza həvalə olunub.
Yılmaz 13 ildən sonra Dəməşqə ilk Türkiyə səfiri olacaq. Türkiyə səfirliyi 2012-ci ildə bağlanıb və yalnız ötən ilin sonlarında Suriyada hakimiyyət dəyişikliyindən sonra yenidən açılıb.