AZ

Rusiyada sim-kartların kütləvi bloklanması başlayır

Rusiyada noyabr ayından etibarən mobil operatorlar bir şəxsin adına 20-dən çox nömrə qeydiyyatdan keçdiyi halda həmin sim-kartları bloklamağa başlayacaqlar.

Bu qərar ötən il qəbul edilmiş qanun dəyişikliklərinə əsaslanır. Yeni qaydalara görə, rabitə operatorları 2025-ci il 1 aprelədək bütün mövcud müqavilələr üzrə abunəçi məlumatlarını yoxlamalı və hər bir şəxsin adına qeydiyyatdan keçmiş nömrələrin sayını müəyyən etməlidirlər.

Qanunvericilik tələbinə əsasən, vətəndaşlara 1 noyabra qədər artıq olan nömrələr üzrə müqavilələri ləğv etmək göstərişi verilib. Əks halda, operatorlar 20-dən çox nömrə ilə bağlı abunəlikləri avtomatik olaraq dayandıracaqlar.

Rusiya hökuməti bu addımı kibertəhlükəsizliyin artırılması və saxta sim-kartlardan istifadə hallarının qarşısını almaq məqsədilə atdığını bildirir. \\Musavat.com

Seçilən
31
2
hurriyyet.az

3Mənbələr