AZ

“Yuventus”un hücumçusu “Barselona”ya keçir?

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Barselona”ya keçə bilər.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki , bu barədə “Fichajes” məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu artıq Turin klubu ilə müqaviləsini yeniləməyi düşünmür.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də Vlahoviçin oyununu yüksək qiymətləndirir və onu komandasında görmək istəyir.

Qeyd edək ki, bu mövsüm serbiyalı forvard 10 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, Vlahoviç 2022-ci ildən “Yuventus”da forma geyinir.

Seçilən
30
3
paralel.az

4Mənbələr