ABŞ aviaşirkəti “United Airlines” gələn həftə İsrailə uçuşları bərpa etməyi planlaşdırır.
Bu haqda “Kan” telekanalı məlumat yayıb.
İstiqamətlər və uçuş cədvəli yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında HƏMAS ilə İsrail arasında hərbi münaqişə fonunda bir neçə aviaşirkət İsrailə uçuşları dayandırıb.
"Cebheinfo.az"
 
                        