Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakda maraqlı davranır və Moskva bu məsələdə İrəvana dəstək göstərməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya səfiri Sergey Kopırkin “Sputnik Ermənistan” radiosunda yayımlanan “Abovyan time” verilişində bildirib.
Diplomat qeyd edib ki, Aİİ-yə üzvlük Ermənistana real fayda gətirir, Avropa istiqamətində perspektivlər isə olduqca qeyri-müəyyəndir.
Kopırkinin sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi kifayət qədər çətin mövzudur, çünki bu, çox vaxt və səy tələb edən mürəkkəb prosedurlardan ibarətdir - bəzi ölkələr onilliklərlə Aİ üzvlüyünü gözləyirlər. Buna görə də bu məsələ Ermənistan üçün daha çox fərziyyə xarakter daşıyır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        