AZ

AB Rusiya aktivlərinin müsadirəsinə hazır deyil - Labib

AB Rusiya aktivlərinin müsadirəsinə hazır deyil - Labib

Avropa Birliyi Rusiya aktivlərinin müsadirəsinə hazır deyil.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu belçikalı Avropa komissarı Aja Labib Avropanın "Politico" nəşrinə verdiyi müsahibədə etiraf edib. Bu, Rusiyanın suveren aktivlərinin müsadirəsinin əsas hərəkətverici qüvvəsi olan Ursula fon der Leyenin rəhbərliyindəki Avropa Komissiyasının üzvü tərəfindən ilk belə etirafdır.

Labib bildirib: "Biz hazır deyilik. Bu, görünməmiş bir haldır. Bunu ilk dəfə edirik və hər şeyi çox diqqətlə düşünməli və planlaşdırmalıyıq".

Belçikalı komissar fon der Leyenin Avropa Komissiyasının sadəcə Kiyevə bir növ təzminat krediti verməyə çalışdığı və Belçikada Euroclear platformasında bloklanmış Rusiya vəsaitlərini mənimsəmək niyyətində olmadığı iddiasını təkzib edib.

Labib xəbərdarlıq edib ki, Avropa Komissiyasının planı qəbul edilməzdən əvvəl hüquqi riskləri minimuma endirmək və onları Belçika ilə digər 26 Aİ ölkəsi və ehtimal ki, G7 ölkələri arasında bölüşdürmək üçün hələ çox iş görülməlidir.

Seçilən
47
afn.az

1Mənbələr