AZ

Azərbaycan və BMT arasında Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb - FOTO

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Moderator.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Məlumata görə, sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli "yaşıl keçid"in təşviqi kimi strateji prioritetləri ehtiva edir.
 

Seçilən
35
17
moderator.az

10Mənbələr