AZ

Polis azyaşlı qızın toyunun qarşısını aldı

Oktyabrın 24-də rayon ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla xəbər verir ki, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

Xəbər 3 dəfə oxunub.
Seçilən
29
30
xezernews.az

10Mənbələr