AZ

“Nə Putin, nə Tramp görüş xatirinə görüşmək istəmir” – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna danışıqları ilə bağlı vəziyyəti həddən artıq uzanan pauza kimi qiymətləndirir.

Busaat.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu pauza Kiyevin dialoqu intensivləşdirmək istəməməsi səbəbindən yaranıb.

Peskov əlavə edib ki, Putin də Tramp kimi gələcəkdə Rusiya-ABŞ sammitinin keçiriləcəyini istisna etmir.

“Nə Putin, nə də Tramp sırf görüş və vaxt itirmək xatirinə görüşmək istəmir, nəticə üçün hazırlıq vacibdir”, – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Peskov deyib ki, Moskva Rusiyaya qarşı yeni sanksiyaları təhlil edir.

Moskvanın cavabına gəlincə, o deyib ki, Rusiya heç kimə qarşı deyil, öz xeyrinə hərəkət edir və bundan sonra da bunu edəcək.

Peskov bəyan edib ki, Kiyevin dialoqu davam etdirmək istəməməsi onun avropalı nəzarətçiləri tərəfindən dəstəklənir. “Putinin Tomaqavkın mümkün zərbə cəhdlərinə cavabla bağlı bəyanatı bəlağətli və dolğundur; aydınlaşdırmaq üçün heç bir şey yoxdur”,-o, fikirlərini yekunlaşdırıb.

Yeganə

 

Seçilən
6
1
busaat.az

2Mənbələr