AZ

Rusiya azərbaycanlı jurnalisti "xarici agent" ELAN ETDİ

Rusiya Azərbaycanlı jurnalist Ruslan Süleymanovu "xarici agent" elan edib.

Bizim.Media xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyinin yenilənmiş "xarici agentlər" reyestrinə aşağıdakılar da daxildir:

Jurnalist İrina Novik (Kuzmiçeva),

Jurnalist Nino Rosebaşvili,

Bloqer Dmitri Çernışevski,

“Qəzəbli Çuvaşiya” layihəsi,

“Ust-Kut24” layihəsi.

Rusiya hakimiyyəti qeyd edib ki, bu şəxslər Rusiya siyasəti haqqında yalan məlumat yayır və digər xarici agentlər və arzuolunmaz təşkilatlarla əməkdaşlıq edirlər. (lent.az)

Bizim.Media

Seçilən
46
1
bizim.media

2Mənbələr