Ermənistanda Erməni Apostol kilsəsi tərəfindən təsis edilən "Şoqakat" televiziya kanalı bağlanır.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan parlamenti "Audiovizual media haqqında" qanuna dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliklər ictimai televiziya kanallarının sayının ikiyə endirilməsini, maarifləndirici və mədəni proqramların yayımlanması ilə bağlı məcburi tələbin ləğv edilməsini nəzərdə tutur.
"Şoqakat" dini-maarifləndirici televiziya kanalı artıq dövlətdən maliyyə vəsaiti ala bilməyəcək.