Arxeoloqlar Türkiyənin cənub-qərbindəki Dənizli vilayətində İncildə adı keçən Frigiya Kolossa şəhərinə aid artefaktlar tapılıb.
Teleqraf xəbər verir ki, 2200 illik məzarlıqlar və digər nümunələr tədqiq edilir.
Arxeoloqlar artıq aşkar ediblər ki, koloslular məzarlarını tikmək üçün travertin qayalarından istifadə ediblər ki, bu da onlara əkin sahələrini qoruyub saxlamağa imkan verib.
İncildə Həvari Pavelin koloslulara məktubunda Kolosanın adı çəkilir. Həmin vaxt şəhərdə xristian icması yaşayırdı. Ehtimal olunur ki, Pavel heç vaxt Kolosaya baş çəkməyib, lakin onun yoldaşı Epafrasın orada xristian kilsəsi qurduğuna inanılır.