AZ

Bakıda BNF Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (BNF) sədrliyi dövründə şəhər nəqliyyatının rəqəmsallaşdırılmasına xüsusi əhəmiyyət verməsini yüksək qiymətləndirirəm.

TurkicWorld xəbər verir ki, bunu Portuqaliyanın İnfrastruktur Nazirliyinin nümayəndəsi Luis Martins Beynəlxalq Nəqliyyat Forumunun Bakıda keçirilən iclasları çərçivəsində deyib.

O bildirib ki, prioritetlərin müəyyən olunması və beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılması olduqca vacib addımdır.

"Rəqəmsallaşma, insanların və yüklərin sərhədlərarası hərəkəti bütün ölkələri maraqlandıran mövzudur. Ölkələrin müxtəlif çətinliklərlə qarşılaşdığı nəzərə alınarsa, rəqəmsal həllərin tətbiqi və təcrübə mübadiləsi beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradır", - deyə Luis Martins əlavə edib.

Seçilən
22
3
turkic.world

4Mənbələr