AZ

“İlqar Məmmədov danışığını bilmədiyinə görə məhbus tərəfindən döyülünü hakimiyyətin təzyiqi kimi qələmə vermişdi”

İlqar Məmmədov guya mənə cavab verib. Ona görə guya ki, mən deyirəm, parlamentdə yer verilən partiyanın nümayəndəsi akademiyanın bağında yer verilən adama tənə etməməlidir. Hakimiyyətdən hər il müftəcə yüzminlərlə pul alan partiyanın nümayəndəsinin öz zəhməti ilə (lap hakimiyyətin icazəsi olsa da) pul qazanan adamı qınaması gülüncdür. İlqar Məmmədov isə bunların heç birinə cavab verməyib. Əvəzində deyir ki, mən həbsimlə əlaqədar şikayətimi Avropa İnsan Haqları Məhkəməsində uduzmuşam, ona görə cənab Məmmədova paxıllıq edirəm. Aldığı 178 min manat kompensasiya isə məni yandırır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına sabiq namizəd Yadigar Sadıqlı bildirib.

 

Y.Sadıqlı qeyd edib ki, “178 min yandırır” məsələsi ciddi deyil: “Amma təəccübləndiyimi desəm, yalan olar. AİHM məsələsinə gəlincə, buradakı prosesdə şikayətçinin, xüsusən də həbsdə olan şikayətçinin rolu minimumdur. Şikayəti vəkil tərtib edir, bizim də (mənim, İlqar Məmmədovun və başqalarının) işimiz göz gəzdirib bəzi şeyləri soruşmaq, məsləhət vermək, nəyisə yada salmaq və sonda imzalamaqdan ibarətdir. Prosesi udan da, uduzan da da vəkildir. Mənim işimi də vəkil uduzub. Yeri gəlmişkən, həmin vaxt REAL İdarə Heyətinin üzvü olan, İlqar Məmmədovun da müdafiəsində iştirak edən vəkil.  Həbsdən söz düşmüşkən, cənab Məmmədov, siz ağzınızın danışığını bilmədiyinizə görə dustaq tərəfindən döyüləndə (sonra da bunu hakimiyyətin təzyiqi kimi qələmə verdiniz), mən böyük bir icmaya - Talış əhlinə ağsaqqallıq edirdim. Dustaqların məişət problemlərini həll edirdim, haqsız yerə karserə salınanı çıxarırdım, məntəqə tipli cəzaçəkmə müəssəsinə, hətta şərti azadlığa çıxmalarına nail olurdum”.

Tarix: 24 Oktyabr 2025, 18:09   
Seçilən
92
pravda.az

1Mənbələr