AZ

Azərbaycan və qazax xalqlarını eyni soykökə əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Xarici siyasətimizin prioritet istiqamətlərindən olan müxtəlifdövlətlərlə ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılanaddımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevyeni dövrün mühüm hadisəsi olan 7 fevral 2024-cü il tarixdəkeçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçməmərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən müstəqil,prinsipial xarici siyasətin bizim əsas istiqamətimiz olduğunu önəçəkib bu çağırışı etdi ki, İkinci Qarabağ müharibəsindən vəsuverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasətaparacağıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

"Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslarqurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eynizamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır.Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızlamünasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.

Qarşılıqlı səfərlərin fonunda Azərbaycanın əməkdaşlığa necəböyük önəm verdiyi aydın şəkildə görünür. Bu günlərdə Prezidentİlham Əliyevin Qazaxıstana dövlət səfəri qədim tarixə malik olanAzərbaycan-Qazaxıstan münasibətlərinin təhlilini bir zərurətəçevirdi. Prezidentlərin təkbətək görüşü Azərbaycan-Qazaxıstan AliDövlətlərarası Şuranın ikinci iclasında çıxışları, mətbuata birgəbəyanatları, onların iştirakı ilə 10-dan artıq sənədin imzalanmasıvə sair kimi məqamlar iki qardaş ölkənin keçdiyi inkişaf yolunaişıq saldı. Dövlət başçılarının təkbətək görüşündə QazaxıstanPrezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Prezidenti İlhamƏliyevin Astanaya səfəri ölkələrimiz arasında stratejitərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra damöhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir” fikrinindavamı olaraq onu da qeyd etdi ki, Qazaxıstan və Azərbaycan təkcədost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir.Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyükprioritetdir. Dövlət başçısı İlham Əliyev bu fikirlərin davamıolaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə qarşılıqlıfəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik. Tərəfdaşlığımızınmöhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik", - deyəVüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, səfər şərçivəsindəAzərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan PrezidentiKasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı”(Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinintəqdimatı oldu. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri iləbirləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhlizregional və qitələrarası ticarətin möhkəmlənməsində strateji roloynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və2030-cu ilədək hazırkı dövrlə müqayisədə 3 dəfə artmasıproqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini dahada artırır. Bu layihələr Azərbaycanın tranzit imkanlarınıntəqdimatıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan yeni körpülərinqurulmasında, ölkələrin birləşdirilməsində əhəmiyyətli rol oynayır.Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındada bu məsələlərə xüsusi diqqət yönəldildi. Dövlət başçısı İlhamƏliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinciiclasında “Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısatəqdimat çərçivəsində fikir mübadiləsi apardıq” söyləyərək onu daqeyd etdi ki, Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyatvə logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyliartıracaq.

Vüqar Rəhimzadə vurğulayıb ki, prezidentlərin mətbuata birgəbəyanatlarında Bakı və Astananın fəal qarşılıqlı fəaliyyətininciddi geosiyasi əhəmiyyət daşıdığını diqqətə çatdıran dövlətimizinbaşçısı İlham Əliyev qeyd etdi ki, bu gün ölkələrimiz arasındaaktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətəmalikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha genişAvrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə,Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahidcoğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlarqarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçündaimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələbedir. Zəngəzur dəhlizinin açılması məsələsindən danışan AzərbaycanPrezidenti qeyd etdi ki, hazırda planlaşdırdığımız və həyatakeçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi dəböyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil vədəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq.Azərbaycan Prezidenti ümid etdiyini bildirib ki, digər ölkələrinərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olanhalda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər başverə bilər.

Millət vəkili bildirib ki, Azərbaycan və QazaxıstanPrezidentləri mətbuata bəyanatlarında perspektivlərdən bəhsetdilər. Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarətdövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. QazaxıstanPrezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, ikitərəfliəməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyatakeçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələringenişləndirilməsinə xüsusi diqqət yetirildi və tərəflər məmnunluqlabildirdilər ki, biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsiniiki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımitədbirlərin görülməsi barədə razılığa gəldik. Hər iki tərəfmüştərək müəssisələrin yaradılmasına marağını ifadə etdi vəbildirildi ki, bu məsələdə əhəmiyyətli irəliləyişlər var. Diqqətəçatdırıldı ki, transformatorların birgə istehsalını təşkil etməkplanlaşdırılıb, mənzil və infrastruktur obyektlərinin tikintisiaparılır, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır.Hökumətlərə bu istiqamətləri nəzarətdə saxlamaq və ən qısa müddətdəsənaye əməkdaşlığının inkişafı üzrə plan və ya yol xəritəsi qəbuletmək tapşırılıb. Perspektivli, qarşılıqlı faydalı layihələrinmaliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşainvestisiyalar fondunun fəaliyyətinin aktivləşdirilməsi qəraraalındı. İki ölkənin işgüzar dairələri arasında təmasların gələcəkdədə genişləndirilməsinin zəruriliyi qeyd olundu. Bununla bağlı səfərçərçivəsində keçirilən Qazaxıstan-Azərbaycan biznes-forumu böyükəhəmiyyətə malikdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan və Qazaxıstanınikitərəfli gündəliyi genişdir. Azərbaycan-Qazaxıstanmünasibətlərinin uğurlu gələcəyindən xəbər verən mühüm amillərdənbiri də imzalanan sənədlərdir. Hər bir sənəd əlaqələrin inkişafındayeni imkan deməkdir. Əlaqələrdə energetika sahəsinə xüsusi önəmverilir ki, bu, özünü imzalanan sənədlərdə də aydın şəkildə nümayişetdirir. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə QazaxıstanRespublikası Hökuməti arasında energetika sahəsində stratejitərəfdaşlıq haqqında Sazişin və “Samruk Kazına Azərbaycanİnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə AzərbaycanRespublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgəinvestisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişininimzalanması da bunun təsdiqidir. İstər ənənəvi, istərsə də yaşılenerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün imkanlarartır. Enerji sistemlərinin inkişafına impuls olacaq daha birlayihə dərin su altında elektrik kabelinin çəkilməsidir. Bu, yaşılenerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək. Azərbaycanərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarınıntədarükü çərçivəsində böyük iş aparılır.

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki,xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanançoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarasımünasibətlərimiz bu möhkəm bünövrə üzərində qurulur. Dövlət başçısıİlham Əliyevin qeyd etdiyi kimi, son üç ildə ondan çox qarşılıqlısəfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakterdaşıdığını əyani şəkildə görmək olar.

Seçilən
54
6
az.trend.az

7Mənbələr