AZ

Zamanın olduğundan daha uzun keçdiyi yer: Alimlərdən yeni araşdırma

Bu yaxınlarda aparılan araşdırma, stasionar velosiped sürərkən vaxtın təxminən 8-9% daha yavaş getdiyini müəyyənləşdirib. Tədqiqatda iştirak edən 33 nəfər velotrenajorda 4000 metr məsafə qət edib.

Publika.az “Brain and Behavior” jurnalına istinadən xəbər verir ki, elm adamları stress zamanı vaxtın reallıqla müqayisədə yavaşladığını göstəriblər.

Təlim zamanı eksperiment iştirakçılarına daxili hisslərinə əsaslanaraq, saniyəölçən olmadan 30 saniyədən sonra geri sayımı dayandırmaq tapşırığı verilib.

Nəticə gözlənilməz olub: iştirakçılar saatlarının daha az göstərməsinə baxmayaraq, 30 saniyə keçdiyini düşünüblər. Başqa sözlə, zaman subyektiv olaraq “yavaşlayıb”. Lakin virtual rəqibin olması və ya ötmə göstərişi onların vaxtı qavramasına heç bir təsir göstərməyib.

Tədqiqatçılar qeyd ediblər ki, təsir iştirakçıların yarışması və ya tək məşq etməsindən asılı deyil - fiziki səy və yükün özü zaman qavrayışının dəyişməsinə səbəb olub.

Seçilən
77
3
publika.az

4Mənbələr