AZ

Biabırçı vəziyyətdə olan məktəbdən görüntülər: Uşağın üstünə aşsa, kim cavab verəcək?

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz rayonunun Mürşüdoba kənd məktəbinin hazırkı durumu valideynlərin narazılığına səbəb olub. 300-ə yaxın şagirdin təhsil aldığı məktəb binası, demək olar ki, yararsız vəziyyətdədir.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara səslənərək şagirdlərin təhlükəsiz və rahat təhsil alması üçün şəraitin yaradılmasını istəyirlər.

"Bu məktəb 80-90 ildir fəaliyyət göstərir. Uşaqların belə şəraitdə təhsil alması çox təhlükəlidir. Divarlarda çatlar var, dam hər an uça bilər. Hasarlar da aşmaq üzrədir. Hansısa uşağın üstünə aşsa, buna kim cavab verəcək?" - deyə sakinlərdən biri narazılığını bildirib.

Başqa bir sakin isə məktəbdəki antisanitar şəraitdən şikayətlənib:

"Damdan su damır, qapı-pəncərə, demək olar ki, yoxdur. Siçan iyindən isə sinifdə dayanmaq mümkün deyil. Uşaq iki gün məktəbə getsə, iki həftə xəstəxanada qalırıq".

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətindən xəbərdardırlar. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.

Daha ətraflı videomaterialda:

Biabırçı vəziyyətdə olan məktəbdən görüntülər: "Uşağın üstünə aşsa, kim cavab verəcək?"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
3
oxu.az

4Mənbələr