AZ

Türkmənistan-Gürcüstan əməkdaşlığı müzakirə edildi

BAKI, 24 oktyabr. TELEQRAF

Gürcüstan daxili işlər naziri Geka Geladze Türkmənistanın Tbilisidəki səfiri Dövlətmırat Seyitməmmədov ilə tanışlıq görüşü keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Gürcüstan və Türkmənistan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda dostluq münasibətləri və yüksək səviyyəli əməkdaşlığı vurğulayıblar.

Söhbətdə iki ölkənin hüquq-mühafizə orqanları arasında gələcək əməkdaşlığa və bu istiqamətdə əlaqələrin dərinləşdirilməsi perspektivlərinə də toxunulub. Daxili işlər naziri səfirə Gürcüstan tərəfinin hüquq-mühafizə sahəsində tərəfdaşlığı gücləndirmək üçün Türkmənistan tərəfi ilə fəal şəkildə işləməyə hazır olduğunu təsdiqləyib.

Seçilən
51
teleqraf.com

1Mənbələr