AZ

Rusiya-Ermənistan münasibətləri: “Problemlərin həlli...”

“Rusiya-Ermənistan münasibətləri getdikcə yetkinləşir. Lakin problemlərin həlli hər iki tərəfdən hərəkət tələb edir”.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Armenia” radiosuna müsahibəsində belə deyib.

“Biz dəyişirik, ətrafımızdakı dünya dəyişir. Münasibətlər yeni xüsusiyyətlər qazanır. 

Onların daha yetkin hal aldığını deməkdən çəkinmirəm. Bu, bütün problemlərin həll olunduğu, heç bir fikir ayrılığı və ya anlaşılmazlıq olmadığı anlamına gəlmir. Bu, ölkələrin çox vacib həyati, iqtisadi və sosial maraqlarına aiddir.

Ona görə də müzakirələr aparılır. Bu, normaldır. Əsas odur ki, hər iki tərəfdə hərəkət olmalıdır. Hazırda tanqo metaforasını daha çox sevirlər. Bu halda tanqo üçün iki nəfər lazımdır. Məsələ məhz bundadır”, - deyə rusiyalı diplomat qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı münasibətlər, əhəmiyyətinə baxmayaraq, yalnız iqtisadiyyatla məhdudlaşmır.

O bildirib ki, Rusiya-Ermənistan münasibətləri yalnız dövlətlərarası deyil, həm də xalqlar arasında münasibətlərdən ibarətdir:

“Bu kontekstdə münasibətlərdə humanitar gündəm çox vacibdir. Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqında iştiraka maraq göstərir və Moskva bu məsələdə İrəvanı dəstəkləməyə hazırdır”. O, həmçinin əlavə edib ki, AİB-ə üzvlük Ermənistana real fayda gətirir, Avropa perspektivləri isə qaranlıqdır.

Avropa İttifqına (Aİ) üzvlük perspektivinə gəlincə, Kopırkinin fikrincə, bu, xeyli vaxt və səy tələb edən, olduqca mürəkkəb bir məsələdir:

“Bəzi ölkələr onilliklər ərzində Aİ-yə üzvlüyü gözləyirlər. Ona görə də, Ermənistan üçün bu, olduqca hipotetik məsələdir”. 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr