AZ

GİKM tərəfindən gənclər üçün “Şəxsi inkişaf kitabçası” hazırlanıb

23 oktyabr 2025-ci il tarixində gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası”nın təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirin açılışında GİKM-in baş direktoru Azər Əliyev çıxış edərək, kitabçanı gənclərin şəxsi inkişafı üçün vacib təşəbbüslərdən biri kimi dəyərləndirib.

Qeyd olunub ki, kitabça gənclərin şəxsi inkişaf planı, özünü kəşf etməsi, məqsədlərini müəyyənləşdirməsi və peşəkar bacarıqlarının inkişafı üçün praktik vasitə kimi hazırlanıb. Kitabçada həm nəzəri biliklər, həm də testlər və praktiki tapşırıqlar mövcuddur.

Daha sonra iştirakçılara kitabçanın məzmunu, bölmələri və istifadəyə dair təlimatlar təqdim olunub. Təqdimat proqramı interaktiv müzakirələr, sual-cavab sessiyası və gənclərin fəal iştirakı ilə davam edib. Qrup fəaliyyətləri vasitəsilə gənclər kitabçadan real istifadəyə dair praktiki biliklər qazanıblar.

Seçilən
71
publika.az

1Mənbələr