AZ

Makaron insanı kökəldir?

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Qastroenteroloq Yekaterina Kaşux makaron haqqında geniş yayılmış bir neçə mifə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "RIAМО" nəşrinə danışıb.

Kaşuxun sözlərinə görə, makaron “boş kalori” sayılmamalıdır. “Tam dənli və bərk buğda növlərindən hazırlanmış makaronlar təkcə karbohidrat deyil, həm də lif, B qrupu vitaminləri və minerallar ehtiva edir”, - deyə həkim bildirib.

Mütəxəssis əlavə edib ki, artıq çəkiyə səbəb olan məhz makaronun özü deyil, onunla birlikdə istifadə edilən yağlı souslar və yarımfabrikatlardır.

Qastroenteroloq vurğulayıb ki, bərk buğda növlərindən hazırlanan makaronların tərəvəz və zülallarla birlikdə orta miqdarda qəbulu artıq çəkiyə səbəb olmur.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
redaktor.az

2Mənbələr