AZ

“Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən”

“Müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllim axtarmalıdır? Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq – işə qəbul üçün pul ödəməlisən”.

Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasda “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Burada nə qədər vəsait qənaət olunur ki?! Bir müəllim bir dəfə qəbul olub, alınmayıbsa, ikinci dəfə yenə cəhd edir və vəsait ödəməlidir. Müəllimlər ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar. Çünki bu sahədə müəyyən repititor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərinin gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti niyə müəllim üzərindən etməliyik?

Seçilən
34
4
publika.az

10Mənbələr