AZ

Xətaidə bələdiyyə işçiləri vətəndaşın avtomobilini “yudu” VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünən səhər saatlarında paytaxtın Xətai rayonunda maraqlı və bir qədər xoşagəlməz hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Məhəmməd Hadi küçəsində avtomobilini parkinq yerində saxlayan sürücü maşınının suvarıldığını görüb. Məlumata görə, həmin ərazidə suvarma işləri aparan Xətai bələdiyyəsinə məxsus, 77-JV-916 dövlət qeydiyyat nişanlı “FAW” markalı avtomobili idarə edən sürücü və işçi küçəni suvararkən vətəndaşın avtomobilini də su ilə isladıblar.

Hadisə anını telefonu ilə çəkən sürücü bildirib ki, maşınını park etdikdən sonra yolun o biri tərəfində oturub. Görüb ki, bələdiyyə işçiləri gəlib suvarma işləri görərəkən maşını da sulayıblar.

Vətəndaş məsələ ilə bağlı narazılığını ifadə edib və bələdiyyə işçilərinin diqqətsizliyindən şikayətlənib.

Sürücü baş verəb faktla bağlı qurum əməkdaşlarını daha diqqətli olmağa və daşınan əmlaklara belə zərər vurmamağa çağırıb.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
avtosfer.az

1Mənbələr