Bu gün Azərbaycan qadın milli basketbol komandasının üzvləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkil etdiyi maarifləndirici seminarda iştirak ediblər.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, eləcə də dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.