AZ

Cavanşir Paşazadədən barəsindəki tənqidlərə REAKSİYA

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mətbuatda və sosial şəbəkələrdə Milli Məclisin deputatı Cavanşir Paşazadənin "Facebook" paylaşımları müzakirələrə səbəb olub.

Onun öz adından etdiyi paylaşımda sanki üçüncü şəxsin adından çıxış etməsi, paylaşımlarda bəsit qrammatik səhvlər, anlaşılmaz cümlələr tənqid edilib.

Modern.az məsələ ilə əlaqədar deputat Cavanşir Paşazadənin özü ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputat bununla maraqlanmadığını bildirib. "Bununla bağlı heç bir cavabım olmayacaq. Heç məni maraqlandırmır da", - o deyib.

Xatırladaq ki, deputatın daha əvvəl paylaşımlarda kobud səhvlər buraxması da müzakirələrə səbəb olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
modern.az

2Mənbələr