AZ

"Şəfəq" Günəş Elektrik Stansiyası üzrə hazırda işlər hansı mərhələdədir? - AÇIQLAMA

"Şəfəq" Günəş Elektrik Stansiyasında yekun investisiya qərarı 2025-ci ildə verilib. Həmçinin mobilizasiya işləri də yekunlaşıb. Ərazinin minadan təmizləmə işləri də başa çatdırılıb.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki,"Şəfəq" Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı iki böyük müqavilə imzalanıb.

Bunlar mühəndislik və satınalma, günəş panellərinin alınması ilə bağlı müqavilələrdir".

B.Aslanbəyli vurğulayıb ki, günəş panellərinin birinci partiyası ölkəyə gətirilib. Mərhələ ilə digər işlərə də başlanılır.

Seçilən
34
1
day.az

2Mənbələr