AZ

Regional BOKT ın 16% gəlir təklif edən istiqrazlarını 54 investor əldə etdi

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

24 Oktyabr 2025-ci il tarixində "Regional" BOKT MMC-nin AZ2004023407 ISIN kodlu 1 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac  yekunlaşıb.

Marja xəbər verir ki, kupon faizi: 16% olan istiqrazlara 54 investor 54 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2004023407

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi / Birqiymətli hərrac

İstiqrazların sayı: 10 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

Kupon faizi: 16%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti:  2 il

Hərrac qiyməti*: 100 manat

Reallaşdırılmış həcm: 1 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  1 000 000 manat

İnvestor sayı:  54

Sifariş sayı: v 54

Anderrayter:  “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
marja.az

4Mənbələr