Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayla bağlı məhkəmədə yekun qərar verilib.
“Cebheinfo.az” xəbər verir ki, Ankara 42-ci Asliye Hüquq Məhkəməsi 6 aprel 2025-ci ildə qurultayın ləğvi ilə bağlı ittihamı rədd edib. Beləliklə, nəticələri şübhəli olduğu deyilən qurultay ləğv olunmayıb.
Qeyd edək ki, qurultayın nəticələri ləğv olunsaydı, Kamal Kılıçdaroğlu yenidən CHP sədrliyinə qayıdacaqdı.
Elmir Mustafa
“Cebheinfo.az”