AZ

Slot Salahı müdafiə etdi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Liverpul"un baş məşqçisi Arne Slot futbolçusu Məhəmməd Salahın son dövrlərdə tənqid olunmasına münasibət bildirib.

QOL.az xəbər verir ki, mütəxəssis hücumçunun öz formasına qayıdacağından əmin olduğunu deyib:

"Oyunçular bəzən şansları qaçıra bilirlər. Salah da insandır. Biz sadəcə onun şanslarından istifadə etməməsinə öyrəşməmişik. 

Salah həmişə "Liverpul" üçün qollar vurub. Və mən ondan növbəti həftələrdə və aylarda bunu davam etdirəcəyini gözləyirəm".

Qeyd edək ki, misirli forvard 2017-ci ildən "mersisaydlılar"ın formasını geyinir. O, cari mövsüm 12 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
qol.az

2Mənbələr