AZ

Payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, ekoloji məsuliyyətin artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Bravo” Əhmədli hipermarketin qarşısında “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 345 litr olan plastik, 65 litr tutumu olan şüşə tullantı və 40 ədəd işlənmiş batareya təhvil verərək əvəzində nar, badam, sərv və Eldar şamı tingləri əldə ediblər.  

Sevindirici haldır ki, aksiyaya təhsil müəssisələrinin nümayəndələri də töhfə verərək şagirdlərin belə təşəbbüslərdə iştirakına dəstək göstərir.

Aksiyanın əsas məqsədi vətəndaşları tullantıların çeşidlənməsi və təkrar emalı prosesinə cəlb etmək, ətraf mühitin qorunmasına töhfə verməyə təşviq etmək və yaşıllıqların artırılması təşəbbüsünə dəstək verməkdir.

Qeyd edək ki, aksiyaların əkin mövsümünün sonunadək davam etdirilməsi nəzərdə tutulub.



Seçilən
36
ekologiya.az

1Mənbələr