Rusiyada azərbaycanlı kriminal avtoritet "Bek Şəmkirli" ləqəbli Babək Həsənov vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Babək Həsənov cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Onun azadlığa çıxmasına 3 aydan az vaxt qalıbmış. Sezar pizza
Ölüm səbəbi ilə bağlı bir-birindən fərqli versiyalar irəli sürülür. Yaxınlarının iddiasına əsasən, Babək Həsənov zəhərlənərək öldürülüb. "Bek Şəmkirli"nin meyiti artıq Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayonunda dəfn olunub.
Babək Həsənov kriminal aləmdə böyük nüfuza malik şəxslərdən biri sayılıb. Onun qardaşları - Həsən və Cəbi Həsənovlar da eyni çevrəyə yaxın fiqurlardır. Qardaşlardan Cəbi hazırda Rusiyada həbsxanada cəza çəkir.
Həsənov qardaşlarının adı bir neçə kriminal hadisədə hallanıb. Sonuncu dəfə şəmkirli iş adamı Toğrul Tağıyevin Moskvada güllələnərək qətlə yetirilməsi hadisəsində onların adları çəkilirdi.
Həsənov qardaşları ilə mərhum Toğrul Tağıyev arasında uzun müddət davam edən şəxsi ədavət mövcud olub.
Telegram kanalımız
 
                        