ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bəhreynə səfər edəcək.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Qriqoryan Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Bəhreynə yollanacaq.
Bildirilib ki, Armen Qriqoryan, onun köməkçisi Sevak Qahramanyan, müşavirləri Mikael Avetisyan və Konstantin Qazaryan Manama dialoqu və “Sülh yollarının kəsişməsi” konfransında iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 3-dək Bəhreyndə (Manama) və Belçikada (Brüssel) səfərdə olacaqlar.
Qeyd olunub ki, işgüzar səfərdən sonra Təhlükəsizlik Şurasının katibi üç iş günü ərzində Baş Nazirin aparatına və Xarici İşlər Nazirliyinə hesabat təqdim edəcək.
Daşqın HəsənovMissiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.