Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıblar.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Xəbərə görə, Rusiya Silahlı Qüvvələrinin "Cənub" qoşunlarının döyüşçüləri Donetsk vilayətinin Dronovka yaşayış məntəqəsini ələ keçiriblər.