Bakı. Trend:
Qazaxıstan 2026-cı ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzvölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin IIIiclasını paytaxt Astana şəhərində keçirməyi təklif edir.
Trend xəbər verirki, bunu bu gün Qazaxıstanın Sənaye və İnşaat nazirinin müaviniRaxımcan İsakulov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının(TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalarnazirlərinin II iclasının gedişində bildirib.
“Bu vacib tədbiri yüksək səviyyədə keçirməkdən və görüşümüzünkonstruktiv və məzmunlu gündəmini davam etdirməkdən məmnunolardıq”, - deyə o bildirib.
İsakulov qeyd edib ki, Qazaxıstan TDT çərçivəsində əməkdaşlıqəlaqələrinin fəallaşdırılmasına və möhkəmləndirilməsinə,perspektivli investisiya layihələrinin həyata keçirilməsi üçünbütün zəruri dəstəyin göstərilməsinə hazırdır.
“Biz məmnunluqla bildiririk ki, təşkilat çərçivəsindəəməkdaşlığımız üzv ölkələrin dayanıqlı inkişafının, rəqabətqabiliyyətinin və texnoloji suverenliyinin təşviqi üçün dahastrateji xarakter alır. Bugünkü iclasın vacib nəticəsi kimi,ekspertlərin praktiki tövsiyələri və ortaq sənaye-texnoloji məkanınformalaşdırılması üzrə strateji məqsədlər nəzərə alınmaqla, 2025 və2026-cı illər üçün sənaye və innovasiya texnologiyaları sahəsindəfəaliyyət planının aktuallaşdırılması və tamamlanmasını hesabediirk”, – deyə o vurğulayıb.