2025-ci ilin ilk üç rübü üzrə Azərbaycan banklarının faiz gəlirləri ümumi olaraq sektor səviyyəsində 5.04 mlrd. manat olub, illik 19.1% artım göstərib.
Banker.az xəbər verir ki, ən çox faiz gəliri əldə edən bank Kapital Bankdir — 874.7 mln. manat və 42.2% illik artımla liderliyi qoruyub. Ardınca ABB (805.6 mln. manat, +20.6%) və PAŞA Bank (396.7 mln. manat, +10.4%) gəlir.
İlk beşliyə həmçinin Bank Respublika (217.7 mln. manat, +26.1%) və AccessBank (187.1 mln. manat, +13.2%) daxildir.
Beləliklə, ilk beş bank sektorun faiz gəlirlərinin təxminən 78%-ni formalaşdırır.
