ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qalatasaray”, PUMA ilə 10 illik yeni müqavilə bağladığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, razılıq 5+5 formatında əldə edilib. Klubun açıqlamasına görə, müqavilənin ümumi dəyəri 83 milyon avrodur. Həmçinin, müqavilədə 14,5 milyon avroluq performans bonusu da nəzərdə tutulub.
Qeyd edək ki, “Qalatasaray” PUMA şirkəti 2023-cü ildə müqavilə imzalamışdı. Həmin müqavilədə klubun 25 milyon avro qazanacağı nəzərdə tutulmuşdu. Yeni müqavilədə isə həmin məbləğin 83 milyon avro olaraq dəyişdirildiyi açıqlanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.