Ankara 42-ci Asliye Məhkəməsində CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci adi və 2025-ci ildəki 21-ci fövqəladə qurultaylarının ləğvi ilə bağlı məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, prosesdə partiyanın hüquqşünasları və qurultay nümayəndələrinin vəkilləri iştirak edir. Ərazidə polis tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Siyasi dairələrdə məhkəmənin üç fərqli qərar çıxara biləcəyi ehtimal olunur.
Birincisi, iddiaların rədd edilməsidir. Məhkəmə qurultayların etibarlı olduğunu təsdiqləyərək mövcud rəhbərliyi qoruyar.
İkincisi, qəyyum və ya çağrı heyətinin təyinidir. Mövcud rəhbərlik dayandırılaraq yeni idarəetmə quruluşu yaradılar.