AZ

MPL: Şamaxıda heyətlər açıqlandı, Kəpəz İmişli yə qarşı YENİLƏNİR

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürür. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə baş tutacaq hər iki qarşılaşma paytaxtdan kənarda baş tutacaq. 

Əvvəlcə "Karvan-Yevlax" ilə "Turan Tovuz" Şamaxıda üz-üzə gələcəklər. Oyun saat 14:30-da start götürəcək.

Günə Qəbələdə yekun vurulacaq. "Kəpəz" sözügedən məkanda "İmişli" ilə qarşılaşacaq. 

Qeyd edək  ki, "Araz-Naxçıvan" - "Sabah"  və "Zirə" - "Sumqayıt" görüşləri şənbə, "Qəbələ"  - "Neftçi" və "Qarabağ" -  "Şamaxı" qarşılaşmaları isə bazar günü keçiriləcək. 

Misli Premyer Liqası

9-cu tur

24 oktyabr 

14:30. "Karvan-Yevlax"– "Turan Tovuz"

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev, Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 21. İmani Barker.

Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kings, 10. Samuel Durrant, 4. Olavale Doyeni.

Baş məşqçi: Azər Həşimov.

“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. Vadji İbrahima.

Baş məşqçi: Kurban Berdiyev.

17:00. "Kəpəz" – "İmişli"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov, Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
11
fanat.az

10Mənbələr