AZ

Hindistan ABŞ-yə etiraz etdi: Zorla qəbul etdirə bilməzsiniz

BAKI, 24 oktyabr. TELEQRAF

“Hindistan tələsik və ya təzyiq altında ABŞ ilə ikitərəfli ticarət sazişi bağlamayacaq”.

Teleqraf xəbər verir ki, bunu Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal deyib.

“Əlbəttə, Birləşmiş Ştatlarla danışıqlar aparırıq, amma tələsik qərarlar vermirik, sərt vaxt tələbi və ya təzyiq altında razılaşmalar etmirik. Hindistan uzunmüddətli perspektivə önəm verir, heç vaxt tələsik və ya anlıq təzyiq altında qərar vermir”, - o bildirib.

Qoyal əlavə edib ki, Hindistan ABŞ-nin tətbiq etdiyi tariflərlə bağlı problemi də həll etməyə çalışır: “Yeni bazarları nəzərdən keçiririk. Ticarət sazişi uzunmüddətli perspektivdir, gələcəyə baxmalı və ölkə üçün ən yaxşı şərtləri təmin etməliyik”.

Seçilən
111
teleqraf.com

1Mənbələr