Bakı, 24 oktyabr, AZƏRTAC
Yunanıstanın "Panatinaikos" komandasının yeni baş məşqçisi açıqlanıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta ispaniyalı mütəxəssis Rafael Benites gətirilib.
Daha əvvəl 65 yaşlı məşqçi İngiltərənin “Çelsi”, “İnter”, “Liverpul”, “Everton”, “Nyukasl”, İspaniyanın “Real Madrid”, “Selta”, İtaliyanın “Napoli” kollektivlərini çalışdırıb.
Rafael Benites ötən ilin mart ayından bəri işsizdir.