“Roma” 14 ildən sonra antirekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin keçirdiyi ardıcıl üç ev oyununda məğlub olması ilə reallaşıb.
“Canavarlar” son olaraq UEFA Avropa Liqasında Çexiya təmsilçisi “Viktoriya”ya (1:2) uduzub. “Roma” bundan əvvəl eyni turnirdə “Lill”ə (0:1) və A Seriyasında “İnter”ə (0:1) yenilib.
Qeyd edək ki, İtaliya klubu 2011-ci ildə ardıcıl üç ev matçında məğlub olmuşdu.